13 
Dek
2018
16:35
26
713
16040
Virtual karabakh

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

13 Dek, 2018
16:35
16040

Ankarada sürət qatarı qəzaya uğradı: ölənlər var - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankarada sürət qatarının qəzaya uğraması ilə bağlı 3 nəfər həbs edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

15:47

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində yaralıların sayı 84 nəfərə çatıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. 

Onun sözlərinə görə, yaralılardan 34-ü xəstəxanalara yerləşdirilib. 

Qeyd edək ki, qəza zamanı doqquz nəfər həyatını itirib.

12:09

Ankara-Konya istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb. 

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, qəza zamanı üçü maşinist olmaqla, doqquz nəfər ölüb, 47 nəfər yaralanıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

11:34

Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ankara valiliyi məlumat yayıb. 

Qəza zamanı 46 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. 

09:38

Ankara valisi Vasif Şahin Ankara-Konya sürət qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəzanın bu gün yerli vaxtla 06:30-da baş verdiyini deyib. 

Valinin sözlərinə görə, hadisə zamanı dörd nəfər ölüb, 43 nəfər yaralanıb.

V.Şahin qəzanın səbəbini də açıqlayıb. O bildirib ki, sürət qatarı yolda nəzarət işləri aparan bələdçi qatarla toqquşduqdan sonra yerüstü keçidə çırpılıb.

09:20

Ankara-Konya istiqamətində hərəkətdə olan sürət qatarı qəzaya uğrayıb. 

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Yenimahalle rayonunun Marşandiz stansiyasında baş verib. 

Sürət qatarının yerüstü keçidə çırpılması nəticəsində iki vaqonu aşıb. Qəza zamanı çox sayda insanın yaralandığı bildirilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. 

Samir İsayev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri