14 
Dek
2018
12:11
65
229
17547
Virtual karabakh

İranın “estetik qadınları”: Onları nə həbs, nə də şallaq cəzası qorxudur - FOTO

14 Dek, 2018
12:11
17547

İranın “estetik qadınları”: Onları nə həbs, nə də şallaq cəzası qorxudur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda son illər estetik əməliyyatların sayında kəskin artım müşahidə olunur. Cərrahların bu sahədəki nailiyyətləri və əməliyyat xərclərinin Qərb ölkələri ilə müqayisədə xeyli ucuz olması Tehranı regionun “plastik əməliyyat” paytaxtına çevirib.

Oxu.Az xəbər verir ki, bu haqda “Hürriyet” nəşrində geniş məqalə dərc olunub.

Yerli medianın İranın plastik cərrahiyə ittifaqına istinadən verdiyi məlumata əsasən, son zamanlar iranlı qadınlar arasında bu məqsədlə xəstəxanalara üz tutanların sayı kəskin şəkildə artıb.

İran hazırda əhalinin payına düşən plastik əməliyyat sayına görə dünyada birinci yeri tutur.  Statistikaya əsasən, estetik əməliyyatlar üçün ən çox 17-26 yaşlarında olan gənclər müraciət edir.

Estetik əməliyyatların cəmiyyətin yuxarı və orta sinfində daha geniş vüsət adlığı bildirilir. Nə qədər inanılmaz olsa da, İranda bu sahədə çalışan üç mindən çox həkim var. Onların az faizi ölkənin Səhiyyə Nazirliyi tərəfindən estetik əməliyyatların aparılması üçün müvafiq şəhadətnaməyə malikdir.

İranda estetik əməliyyat etdirmək istəyənlərin üçdə ikisini qadınlar təşkil edir. İranlı otolarinqoloq Həmid Rza Hüsnani “Anadolu” xəbər agentliyinin müxbirinə verdiyi açıqlamada son 11 il ərzində beş min burun əməliyyatı gerçəkləşdirdiyini bildirib.

Hüsnani ölkə xaricindən gələnlər üçün isə orta hesabla 7-8 estetik əməliyyata rəhbərlik etdiyini diqqətə çatdırıb.

“İran mədəniyyətində üzün gözəlliyi, ümumi fiziki görünüşdən daha çox önəm kəsb edir. Bu səbəbə görə, estetik əməliyyatlara tələb çox yüksəkdir. Başlıca olaraq burun əməliyyatlarına üstünlük verilir.

İranda bu məsələ mühafizəkar parlamentariləri ciddi narahat edir. Bir neçə ay əvvəl İran Məclisinin Hüquq komissiyasının üzvü Həsən Novruzi “eşşək qulağı” və “pişik gözü” tipli estetik əməliyyat etdirənlərin 10 gündən iki aya qədər həbs olunacağını  və 74 şallağın vurulacağını deyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri