15 
Dek
2018
12:54
61
202
3974
Virtual karabakh

Fransada həbslər başladı - YENİLƏNİB - VİDEO

15 Dek, 2018
12:54
3974

Fransada həbslər başladı - YENİLƏNİB - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə “sarı jiletlilərin” kütləvi etiraz aksiyası ərəfəsində azı altı fəal polis tərəfindən saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu haqda BFMTV yerli polis idarəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, etirazçılar artıq Triumfal qapıların önünə toplaşmağa başlayıb.

Hələlik ərazidə nisbi sakitlik müşahidə olunur.

Bundan əvvəl Makron hökumətinin asayışın qorunması məqsədilə Fransanın müxtəlif şəhərlərinə 70 minə yaxın polis səfərbər etdiyi haqda xəbər yayılmışdı.

11:21

Fransada “Sarı jiletlilərin” bu gün (dekabrın 15) gözlənilən yeni kütləvi etiraz aksiyaları ilə əlaqədar bütün ölkə boyunca 69 minə yaxın polis əməkdaşı səfərbər olunub.

Oxu.Az xəbər verir ki, bu haqda BFM Fransa DİN-ə istinadən məlumat yayıb.

Təkcə Parisdə asayışın qorunmasına 8 min polis əməkdaşı ayrılıb. Paytaxtda az qala addım başı zirehli polis texnikasına rast gəlmək olur. Telekanalın məlumatına əsasən, polis əməkdaşları artıq Triumfal qapıların qarşısında mövqe tutub.

Ötən şənbə Fransada təhlükəsizliyin təmin olunması məqsədilə 89 min polis əməkdaşı səfərbər olunmuşdu. 

Qeyd edək ki, Fransada  noyabrın 17-dən bəri “sarı jiletlilər” hərəkatının etiraz dalğası  səngimək bilmir. Etirazçıları ayağa qaldıran hökumətin yanacaq qiymətlərini və vergiləri qaldırması, həmçinin ölkədə yaşanan bahalaşma (yaşayış xərclərinin artması) olub.

Fransa DİN-nin məlumatına əsasən noyabrın ortalarından bəri saxlanılan fəalların sayı 4500 nəfəri ötüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri