15 
Dek
2018
22:03
517
36
5112
Virtual karabakh

Ermənistanda sonuncu rusdilli veriliş bağlanır

15 Dek, 2018
22:03
5112

Ermənistanda sonuncu rusdilli veriliş bağlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda sonuncu rusdilli telelayihə olan “Nə? Harada? Nə vaxt?” intellektual oyunu bağlanacaq. Növbəti mövsümdən etibarən veriliş erməni dilində yayımlanacaq.

Oxu.Az Lenta.ru-ya istinadən bildirir ki, bu haqda dekabrın 14-də ölkənin təhsil və elm naziri vəzifəsini icra edən Araik Arutunyan “Facebook” sosial şəbəkəsində bildirib.

“Hakimiyyət verilişə 17 milyon dram ayıracaq. Mən oyun rus dilində keçirildiyinə görə dəfələrlə onun təşkilatçılarını tənqid etmişəm”, - deyə məmur yazıb.

O əlavə edib ki, televiziya yayımları izləyicilər arasında sevilir və bu şou uğurlu alınan şoulardan biridir.

“Nə? Harada? Nə vaxt?” intellektual şousu 4 sentyabr 1975-ci ildən etibarən əvvəlcə sovet, sonra isə Rusiya televiziyasında yayımlanır. “İntellektual kazino” konsepsiyasına əsasən, iştirakçılar (bilicilər) komandalara bölünürlər və masa arxasında oturub tamaşaçıların suallarına cavab verməklə pul qazanırlar.

Komanda finalda qalib gəldiyi təqdirdə ən yaxşı iştirakçı “Billur bayquş” və pul mükafatı ilə təltif olunur. İştirakçılar məğlub olduqları təqdirdə isə mükafat sualı göndərən tamaşaçıya göndərilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri