18 
Dek
2018
16:48
134
47
4926
Virtual karabakh

Ukraynada sərnişin qumbaraatanı taksidə unutdu - FOTO

18 Dek, 2018
16:48
4926

Ukraynada sərnişin qumbaraatanı taksidə unutdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində taksi sürücüsü avtomobilin arxa oturacağında sərnişinlərdən birinin unutduğu kisəni aşkarlayıb.

Oxu.Az Ukrayna Milli Polisinin rəsmi saytına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları kisədən qumbaraatan tapıblar.

“Baxış zamanı polis əməkdaşları içində RPQ-22 əl qumbaraatanının olduğu torbanı müsadirə edib”, - deyə polis idarəsinin yazılı bəyanatında deyilir.

Silahı taksidə tərk etmiş müştərinin kimliyi artıq müəyyən edilib. Həmin şəxsin əvvəllər məhkumluğu olan 50 yaşlı şəhər sakini olduğu öyrənilib.

Yaxın zamanda onunla bağlı hansı qətimkan tədbirinin seçiləcəyi məlum olacaq. Müsadirə olunmuş silah məhkəmə ekspertizasına göndərilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri