19 
Dek
2018
17:01
179
23
8418
Virtual karabakh

Rusiya XİN Yerevana: Özünüzdə cəsarət tapın

19 Dek, 2018
17:01
8418

Rusiya XİN Yerevana: Özünüzdə cəsarət tapın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva yeni Ermənistan rəhbərliyinin özündə cəsarət tapıb, ABŞ-ın təzyiqlərinə sinə gərə biləcəyinə və müstəqil qərarlar qəbul edəcəyinə inanır.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Qriqori Karasin “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.  

Oktyabr ayında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfər edib. Jurnalistlər qarşısında etdiyi çıxışda, Dağlıq Qarabağ münaqişəsini şərh edərkən, Amerika silahının istənilən halda Rusiya silahından yaxşı olduğunu vurğulayıb.

Bolton Yerevanı beynəlxalq münasibətlərdə “tarixi klişelərdən” qurtulmağa çağırmışdı.

“Bu il ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsi getdikcə daha ifrat hal alır”, - deyə Q.Karasin bildirib.

Diplomatın sözlərinə görə, Bolton Ermənistanın Amerika silahları almasını və İrana qarşı sanksiyalara qoşulmasını istəyib.

“Əgər bu ABŞ-Ermənistan münasibətlərinin görünən tərəfidirsə, gör, onda pərdə arxasında nə cür “sıxma-boğmaya” salırlar”, - deyə Q.Karasin bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri