20 
Dek
2018
17:00
266
25
7107
Virtual karabakh

Suriyadan çıxan ABŞ qoşunlarının görüntüsü yayıldı - VİDEO

20 Dek, 2018
17:00
7107

Suriyadan çıxan ABŞ qoşunlarının görüntüsü yayıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Anadolu” agentliyi ABŞ-a aid böyük hərbi karvanın Suriyanı tərk etməsini əks etdirən görüntüləri yayımlayıb.

Oxu.Az xəbər verir ki, karvanda buna qədər Suriyadakı kürd döyüşçülərə silah çatdıran, yük maşınlarını da görmək olur.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerika xalqına telemüraciət edərək, İŞİD-in məğlub edildiyini və ABŞ hərbi kontingentinin ən qısa zamanda Suriyadan çıxarılacağını bildirmişdi.

Bu arada, Suriya Demokratik Qüvvələri Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaqla bağlı sürpriz qərarını qəti şəkildə pisləyib. SDQ ABŞ hərbçilərinin bölgəni tərk etməsindən sonra vakuumun yaranacağını və kürd birləşmələrin düşmən tərəflər arasında çıxılmaz vəziyyətdə qalacağını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri