25 
Dek
2018
15:02
11
194
3875
Virtual karabakh

Gürcüstanda donuz qripi daha bir can aldı

25 Dek, 2018
15:02
3875

Gürcüstanda donuz qripi daha bir can aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda H1N1 (donuz qripi) virusundan ikinci ölüm halı qeydə alınıb.

Oxu.Az “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Səhiyyə Nazirliyinin rəhbəri David Sergeyenko jurnalistlərə verdiyi açıqlamada bildirib.

Donuz qripindən ilk ölüm ötən gün Batumidə, ikinci ölüm isə Kutaisidə qeydə alınıb.

Sergeyenkonun sözlərinə görə, hər iki qurban yüksək risk qrupuna aid olub (hamilə qadınlar, iki yaşa qədər uşaqlar, ağ ciyərin xroniki xəstəlikləri, o cümlədən astmadan əziyyət çəkən insanlar qrupu nəzərdə tutulur - red)

H1N1 – “A” virusunun” daha geniş epidemiyalara yol aça bilən tipidir.

İnsanların əksəriyyətində xəstəlik normal qrip kimi keçir və hər hansı fəsadlaşma müşahidə olunmur. Habelə virusun ağır formalarında inkişaf edən ilkin pnevmoniyaya çevrilə bilir. Bakterial pnevmoniyadan fərqli olaraq, bu xəstəlik antibiotiklərə qarşı davamlı olur. Vaxtında müalicənin aparılmaması ilkin fəsadlaşma əlamətlərinin üzə çıxmasından sonra 24 saat ərzində letal sonluqla (ölüm) nəticələnə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri