Dəməşq hava hücumuna məruz qalıb - VİDEO
Dəməşq hava hücumuna məruz qalıb - VİDEO
Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri Dəməşq əyalətinə atılan bir neçə raketi havada zərərsizləşdirib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Suriyanın dövlət telekanalı məlumat yayıb.
“Suriya HHM-i Dəməşqin qərbində bir neçə raket hücumunun qarşısını alıb”,-deyə “Ikhbariya” telekanalının məlumatında deyilir.
Bu arada Dəməşq şəhərinin özündə bir neçə partlayış baş verib. Suriya mediası yerli hərbi mənbələrə istinadən İsrail ordusunun hava hücumu həyata keçirdiyini və silah-sursat anbarının hədəfə alındığını bildirir.
Raket zərbəsi nəticəsində üç hərbçinin yaralandığı barədə xəbər verilir. Suriya ordusu əksər raket zərbələrinin qarşısının alındığını diqqətə çatdırıb.
İsrail hərbi komandanlığı hava hücumuna görə məsuliyyəti öz üzərinə götürməsə də, Suriya raketlərini zərərsizləşdirmək məqsədilə hava müdafiə sistemlərini işə saldığını bildirib.