29 
Dek
2018
17:00
196
51
5877
Virtual karabakh

Lukaşenko qaza görə yenidən Moskvaya yollanıb

29 Dek, 2018
17:00
5877

Lukaşenko qaza görə yenidən Moskvaya yollanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya işgüzar səfərə yollanıb.

Oxu.Az “Sputnik-Belarus”a istinadən xəbər verir ki, bu haqda Belarus dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları bundan əvvəl dekabrın 25-də görüş keçirərək, enerji resurslarının qiyməti və onunla bağlı Rusiya vergi məcəlləsində gözlənilən dəyişiklikləri müzakirə edib. Birinci görüşdə liderlər  ortaq məxrəcə gələ bilməyərək, Yeni il bayramına qədər bir daha görüşməyə qərar vermişdilər.

“Mosvkada iki ölkənin prezidentləri Belarus – Rusiya əməkdaşlığının aktual məsələləri ətrafında danışıqları davam etdirəcək, tərəflər buna qədər dekabrın 25-də Kremldə bu məsələləri müxtəlif formatlarda müzakirə etmişdi”, deyə bəyanatda deyilir.

Rusiya təbii qazının qiymətinin müəyyənləşdirilməsi və vergi manevrinin gerçəkləşdirilməsi Minsk üçün prinsipial məsələ olaraq qalır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri