Yan
2019
16:21
128
39
3188
Virtual karabakh

Brüsseldə “Uber” qadağan olundu

3 Yan, 2019
16:21
3188

Brüsseldə “Uber” qadağan olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Brüsselin ticarət məhkəməsi mobil inteqrasiyalı taksi xidməti olan “Uber”in fəaliyyətini tam olaraq qanunsuz elan edib.

Oxu.Az  RTL-ə istinadən xəbər verir ki, qərara görə, Brüsseldə yalnız taksi fəaliyyəti üçün müvafiq lisenziyası olan sürücülər pul müqabilində sərnişin daşıya biləcək.

Qərarın “Uber”in bütün xidmətlərinə və onunla bağlı digər servislərə şamil olunduğu bildirilir.

Brüsseldə fəaliyyətini davam etdirəcəyi təqdirdə hər qanunsuz xidmətə görə şirkət 10 min avro məbləğində cərimələnəcək.

“Uber”in fəaliyyətinə qoyulan qadağa daha əvvəl olsa da, “Uber” rəhbərliyi qərarı fərqli şəkildə təfsir edərək, qadağaya məhəl qoymayıb.

“Uber” hələlik Brüssel məhkəməsinin çıxardığı qərarı şərh etməyib.

2018-ci ilin bahar aylarında Belçika paytaxtında mobil inteqrasiyalı xidmətdən hiddətlənən ənənəvi taksi sürücülərinin kütləvi etiraz aksiyaları keçirilib. Taksi sürücüləri yolları bağlayaraq, bir neçə gün nəqliyyatın hərəkətində ciddi pozuntulara səbəb olublar.

Etirazçıların dediyinə görə, “Uber” sürücüləri dövlətə pul ödəyib heç bir lisenziya almır, digər tərəfdən, onların müştərilərini “oğurlayır”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri