Yan
2019
09:56
91
19
3130
Virtual karabakh

Maduro ölkəsinin spikerini “ABŞ casusu” adlandırdı

7 Yan, 2019
09:56
3130

Maduro ölkəsinin spikerini “ABŞ casusu” adlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuela prezidenti Nikolas Maduro ölkənin Milli Assambleyasının müxalifətdən olan yeni sədrini ABŞ-ın agenti olmaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Xuan Quaido bir neçə gün əvvəl parlament sədri vəzifəsinə gəlib. Milli Assambleya hazırda Venesuelada siyasi qərarların qəbulu səlahiyyətindən məhrum edilib. Belə səlahiyyətləri hazırda tam olaraq hakimiyyətə tabe olan Milli Təsisat Məclisi yerinə yetirir.

“O, marionetdir, ABŞ tərəfindən, ABŞ kəşfiyyatı orqanı tərəfindən “hazırlanıb”, ona məhz onlar rəhbərlik edir”, - deyə Maduro dövlət telekanalının efirində bildirib.

Bundan əvvəl “Lima qrupu” (12 Amerika dövlətinin ittifaqı) Venesuela liderinin yeni prezident müddətinin legitimliyini tanımadığını elan edib. Təşkilat Venesuelada növbədənkənar prezident seçkilərinin keçirilməsini və səsverməyə qədər hakimiyyətin parlamentin sərəncamına verilməsini tələb edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri