Yan
2019
11:43
15
210
18744
Virtual karabakh

Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf - VİDEO

7 Yan, 2019
11:43
18744

Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada iki gənc qızı qətlə yetirən Hüsnü Can “Cəzamı hər gün yaşayıram” notu yazıb. Qurbanların ailələri isə “Canı cəhənnəmə” deyə lənətlər yağdırıb.

Oxu.Az “Takvim”ə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində tibb ixtisası üzrə təhsil alan tələbə qızlar 22 yaşlı Buket YıldızZeynəb Hüsünbəyi qətlə yetirib Türkiyəyə qaçan 21 yaşlı Hüsnü Can Pendikdə qəbiristanlıqda tutularaq həbs edilib.

Qatilin Türkiyəyə qayıtdıqdan sonra Pendikdə bir iş yerinə gedərək qızlara aid noutbuklar və telefonları satıb. Əşyalar polis tərəfindən müsadirə olunub.

Qatil dünən günorta saatlarında Anadolu məhkəməsinə çıxarılıb. O, jurnalistlərin “Sənmi öldürdün?” sualına “Bəli, mən öldürdüm” deyərək cavab verib. Hüsnü Can qətlin səbəbini keçmiş sevgilisi Buket Yıldızın ona geri dönmək istəməməsi ilə əlaqələndirib.

Buket Yıldız və rəfiqəsi Zeynəb Hüsünbəyinin cənazələri Türkiyəyə gətiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri