15 
Yan
2019
01:09
153
256
13588
Virtual karabakh

Polşada bıçaqlanan şəhər meri öldü - YENİLƏNİB + VİDEO

15 Yan, 2019
01:09
13588

Polşada bıçaqlanan şəhər meri öldü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç vəfat edib.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Adamoviçin əməliyyat olunduğu xəstəxanadan bildiriblər.

Məlumatı Polşa səhiyyə naziri Lukaş Şumovski də təsdiqləyib.

“Biz qalib gələ bilmədik”, - deyə o vurğulayıb.

09.29

Polşada xeyriyyə konserti zamanı bıçaqlanmış Qdansk şəhər meri Pavel Adamoviç beş saat əməliyyat olunub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər ki, merə 41 porsiya qan köçürülüb.

Hazırda reanimasiyada olan merin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əvvəl “Radio Gdansk” nəşri Adamoviçin ürək nayihəsindən bıçaqlandığını və aortasının zədələndiyini bildirmişdi.

01:21

Polşada şəhər meri naməlum şəxs tərəfindən bıçaqlanıb.

Oxu.Az xəbər verir ki, hadisə Qdanskda xeyriyyə konserti zamanı baş verib.

Bildirilir ki, Qdansk meri Pavel Adamoviçin olduğu səhnəyə çıxan kişi əvvəlki hökumət dönəmində qanunsuz həbs edildiyini bəyan edib. Sonra ara qarışıb və nəticədə, Adamoviç bıçaq xəsarəti alıb.

Qdansk meri xəstəxanaya yerləşdirilib.

Adamoviçə hücum edən şəxs saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri