16 
Yan
2019
15:36
22
318
6401
Virtual karabakh

ABŞ-da üç uşaq soyuducuda öldü

16 Yan, 2019
15:36
6401

ABŞ-da üç uşaq soyuducuda öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatının Suvonni dairəsində üç azyaşlı faciəvi şəkildə ölüb. Altı yaşlı Doulton, onun bir yaşlı bacısı Keyli və adı hələlik açıqlanmayan dostları köhnə soyuducu kameraya düşərək  ölüblər. Qurğu şəbəkəyə qoşulmayıb və evin qarşısında olub.

Oxu.Az bu barədə “The Sun” nəşrinə istinadən xəbər verir.

Uşaqlar həyətdə oynayan zaman yaxınlıqda soyuducu aşkarlayıblar. Oynamaq üçün onlar soyuducunun içinə girib. Qurğunun qapısını içəridən aça bilmədiklərinə görə boğularaq ölüblər.

Uşaqlara baxmalı olan dayə onları həyətdə tapa bilməyincə axtarışa başlayıb. O, xeyli müddətdən sonra soyuducunu yoxlamaq qərarına gəlib. Aşkarladığı uşaqların heç biri nəfəs almayıb. Azyaşlılara ilkin yardım göstərməyə çalışsa da,  bunun faydası olmayıb.

Hazırda polis insidentlə bağlı araşdırma aparır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri