17 
Yan
2019
00:41
35
478
17764
Virtual karabakh

Tbilisidə binada güclü partlayış: ölənlər var - YENİLƏNİB + VİDEO

17 Yan, 2019
00:41
17764

Tbilisidə binada güclü partlayış: ölənlər var - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı dördə çatıb.

Oxu.Az xəbər verir ki, “İmedi Klinika”sının həkimi hadisə zamanı ağır xəsarət alan dörd yaşlı uşağın xəstəxanada öldüyünü bildirib. 

Səhiyyə naziri David Sergeyenko isə bildirib ki, xəsarət alan daha altı uşaq İaşvili adına klinikaya yerləşdirilib. Onlardan birinin vəziyyəti diqqət tələb edir. 

Daha bir nəfər isə Quduşauri klinikasına yerləşdirilib. Onun xəsarəti ağır deyil .

22.03

Tbilisidə yaşayış binasında güclü partlayış olub.

Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partlayışa səbəb kimi qaz sızması göstərilir.

Binada pəncərələrin şüşələri sınıb, yanğın davam edir.

Bildirilir ki, hadisə nəticəsində üç nəfər ölüb, habelə üçü uşaq olmaqla, beş nəfər xəsarət alıb.

Yerli medianın yazdığına görə, binanın altıncı mərtəbəsində baş verən partlayışdan sonra bir neçə mərtəbə uçub.

Hadisə yerində xilasedicilər çalışır. Dağıntılar altında insanların qala biləcəyi istisna olunmur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri