17 
Yan
2019
09:38
89
51
6695
Virtual karabakh

Hindistanda bəbir hotelə girdi - VİDEO

17 Yan, 2019
09:38
6695

Hindistanda bəbir hotelə girdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın şimalında bəbir hotel binasına daxil olub. Yırtıcı 15 dəqiqə ərzində mehmanxananın dəhlizində var-gəl edib.

Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, insident Uttarakhand ştatının hotellərinin birində baş verib. Bəbirin hotel binasında gəzişməsi müşahidə kamerasına düşüb. Hotel rəhbərliyi əmin edir ki, nə müştərilərin, nə də əməkdaşların həyatına hər hansı təhlükə olmayıb.  

Yırtıcının binanı tərk etdikdən sonra yaxınlıqdakı meşəyə üz tutduğunu görüblər. Hindistanda insanların vəhşi bəbirlə rastlaşması bir çox hallarda faciə ilə nəticələnir. Bundan əvvəl ölkənin şimalında bəbir evə daxil olaraq ananın gözləri qarşısında üç yaşlı övladını oğurlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri