17 
Yan
2019
11:37
95
11
3170
Virtual karabakh

Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq

17 Yan, 2019
11:37
3170

Pentaqon “green card”la ölkəyə gələnləri yoxlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Müdafiə Nazirliyi ölkədə yaşamaq hüququ əldə etmiş “green card” sahiblərinin və xaricdə qohumları olanların yoxlanılması planını işləyib hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə yanvarın 16-da “The Washington Post” qəzeti nazirliyin nümayəndələrinə və iş sənədlərinə istinadən məlumat yayıb.

Yeni qaydalar 15 fevral tarixindən gec olmayaraq qüvvəyə minəcək və minlərlə insana şamil ediləcək. Bu qaydalar təkcə əcnəbilərə deyil, həmçinin, digər ölkə vətəndaşları ilə ailə quran amerikalılara və ikili vətəndaşlığa malik qohumları olan amerikalılara da tətbiq ediləcək.

“Bu cür tədbirlərin görülməsinin başlıca səbəblərindən biri əks-kəşfiyyat və terror təhlükəsi ilə bağlı olan zərurətdən irəli gəlir”, - deyə Pentaqonun sənədlərindən birində qeyd edilir.

Qeyd edilir ki, yoxlanış zamanı ölkəyə yeni təşrif buyuranlar hərbi hazırlıq proqramlarından kənarlaşdırılacaqlar.

Xatırladaq ki, 2017-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp “green card” lotereyası ilə ölkəyə gələn insanların öz cəmiyyətlərinin ən pis nümayəndələri olduğunu söyləmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri