17 
Yan
2019
14:30
84
74
2839
Virtual karabakh

Fransada universitet binasında partlayış - FOTO/VİDEO

17 Yan, 2019
14:30
2839

Fransada universitet binasında partlayış - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada Villörban şəhərində universitet binasının kitabxanasının damında üç qaz balonunun partlaması nəticəsində üç nəfər yüngül xəsarət alıb.

Oxu.Az “Lemonde”a istinadən xəbər verir ki, damda təmir işləri aparılırmış.

Yanğınsöndürənlər və təcili yardım xidməti dərhal hadisə yerinə gəlib.

Kimya və biokimya laboratoriyalarının yerləşdiyi binada baş verən hadisə nəticəsində üç nəfər yüngül zədə alıb. Yanğınsöndürənlərin məlumatına görə, 800 nəfər təxliyyə olunub.

Şahidlər tərəfindən sosial şəbəkələrdə paylaşılan videolarda partlayışdan dərhal sonra binanın damından qara tüstünün çıxdığı görünür.

Yerli vaxtla saat 10:30 üçün universitet kitabxananın yenidən istifadəyə verilməsi barədə məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri