18 
Yan
2019
09:54
139
9
5540
Virtual karabakh

Morqan Frimenin nəvəsinin qatilinə hökm oxundu - FOTO

18 Yan, 2019
09:54
5540

Morqan Frimenin nəvəsinin qatilinə hökm oxundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur amerikalı aktyor Morqan Frimenin ögey nəvəsi İdena Haynsı qətlə yetirən şəxsə hökm oxunub.

Oxu.Az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Lamar Deyvenport 20 il müddətinə azadlıqdan məhrum edilib. Qərara görə, o, cəzasını bitirib sərbəst buraxıldıqdan sonra beş il müddətinə polis nəzarətində olacaq.

ABŞ mətbuatının yazdığına görə, son məhkəmə iclası olduqca gərgin və emosional keçib. Çıxarılan qərara etiraz edən müttəhimin qohumları əsl günahkarın aktyor olduğunu və İdena uşaq olanda ona təcavüz etdiyini bildirib. Lamarın anası jurnalistlərin qarşısına atılaraq, oğlunun cani olmadığını, qızın ölümünün bir bədbəxt hadisə olduğunu söyləyib.

Qeyd edək ki, Lamar məşhur aktyorun ögey qız nəvəsini 2015-ci ildə, hallüsogen narkotik vasitənin təsiri altında olarkən qətlə yetirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri