18 
Yan
2019
09:24
28
323
9741
yuxarı
İŞİD Rusiyadakı partlayışa görə məsuliyyəti üzərinə götürdü
18 Yan, 2019
09:24
9741
28
323
İŞİD Rusiyadakı partlayışa görə məsuliyyəti üzərinə götürdü
İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında və avtobusda baş verən partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bununla bağlı terrorçuların gündəlik qəzeti olan “Al Naba” məlumat yayıb.
Məlumatda terror aktının təfərrüatı açıqlanmayıb. İŞİD döyüşçüləri uzun müddət məlumatı gizlətmələrinə səbəb kimi partlayışı törədənlərin təhlükəsizliyindən qorxduqlarını göstəriblər.
Rusiya İstintaq Komitəsi aparılan araşdırma zamanı terror aktı versiyasını təkzib etmişdi. Onlar hadisə zamanı partlayıcı izlərinin aşkar olunmadığını bildiriblər.
Xatırladaq ki, yanvarın 2-də Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində 37 nəfər ölüb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
4 
May
2024
17:38
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
39
5
369
4 
May
2024
17:26
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
49
7
428