22 
Yan
2019
16:39
156
68
3505
Virtual karabakh

“Avropa ordusu”nun yaradılması üçün ilk addım atıldı

22 Yan, 2019
16:39
3505

“Avropa ordusu”nun yaradılması üçün ilk addım atıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa və Almaniya Yelisey sazişinin 56-cı ildönümündə yeni müqavilə imzalayıblar.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, sazişi Almaniya tərəfindən kansler Angela Merkel və Fransa prezidenti Emmanuel Makron imzalayıb. 

İmzalanma mərasimindən sonra Merkel jurnalistlərə açıqlama verərək, bu sazişi “Avropa ordusu”nun yaradılmasında ilk addım adlandırıb. 

“Almaniya və Fransa ərazi suverenliyinə ediləcək hərbi hücumlar zamanı bir-birinə istənilən yardımı göstərməklə bağlı razılaşma imzaladı”, - Merkel sənədin imzalandığı Almaniyanın Aahene şəhərində baş tutan mətbuat konfransında deyib. 

O qeyd edib ki, saziş iki ölkə arasında iqtisadi, siyasi, müdafiə və təhlükəsizlik, mədəniyyət və təhsil, iqlim, sərhədyanı ərazilər sahələrində əməkdaşlığı gücləndirəcək. 

Xatırladaq ki, Yelisey sazişi 1963-cü ildə Şarl de Qoll və Konrad Adenauer arasında imzalanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri