24 
Yan
2019
15:54
11
134
2271
Virtual karabakh

Moskvada taksi sürücüsü müştərilərini döydürüb pullarını oğurlatdı - VİDEO

24 Yan, 2019
15:54
2271

Moskvada taksi sürücüsü müştərilərini döydürüb pullarını oğurlatdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada “Yandeks.Taksi” mobil inteqrasiyalı taksi xidmətinin sürücüsü sərnişinlərinə qarşı soyğunçuluqda iştirak edib. O, müştəriləri pusquya aparıb və onunla əlbir olan şəxslər müştəriləri döyərək, talan ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalında məlumat yayılıb.

Məlumata əsasən, sürücü şikarlarını fərqli ünvana aparıb. Sonradan avtomobili saxlayıb. Sərnişinlər düşən kimi, onların üzərinə üç naməlum şəxs atılıb və onları döyməyə başlayıblar. Cinayətkarlar onların üzərindəki pulları və qiymətli əşyaları oğurlayıb.

Polis əməkdaşları artıq taksi sürücüsü ilə əlbir olan cinayətkarları həbs edib. Bunun taksi sürücünün ilk belə əməli olmadığı güman edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri