30 
Yan
2019
11:18
55
85
4058
Virtual karabakh

Maduro ABŞ-ın “Venesuela planları”ndan danışdı

30 Yan, 2019
11:18
4058

Maduro ABŞ-ın “Venesuela planları”ndan danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Venesuela ilə bağlı başlıca məqsədi onun nefti və digər sərvətlərinə yiyələnməkdir.

Oxu.Az xəbər verir ki, bu bəyanatı Venesuela prezidenti Nikolas Maduro “RİA Novosti”yə verdiyi müsahibədə səsləndirib.

“Bir neçə məqsədləri var. Başlıca məqsəd Venesuela neftidir. Çünki biz dünyada ən böyük neft ehtiyatına malik ölkəyik. Biz təsdiq edirik ki, dünyanın ən böyük qızıl ehtiyatlarına malikik. Qaz ehtiyatına görə dünyanın dördüncü ölkəsiyik. Bizim böyük almaz ehtiyatlarımız var, nəhəng içməli su, alüminium, dəmir, koltan ehtiyatlarımız var. Biz enerji resursları və təbii nemətlər baxımından nəhəng bir dövlətik”, - deyə Maduro bildirib.

Maduro ikinci məqsədin daha çox ideoloji xarakter daşıdığını diqqətə çatdırıb.

“İkinci böyük məqsəd dövlətimizdə ideyanı, Simon Bolivar ruhunu məhv etməkdir. Bu ruhu mənəvi, mədəni, siyasi aspektlərdə boğmağa çalışır. Hər hansı müqavimətlə rastlaşmadan Latın Amerikasında neomüstəmləkəçilik bərqərar etməyə çalışırlar”, - deyə Maduro vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri