30 
Yan
2019
15:10
176
26
5961
Virtual karabakh

Rusiyalı senator iclas zamanı həbs edildi - YENİLƏNİB

30 Yan, 2019
15:10
5961

Rusiyalı senator iclas zamanı həbs edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı senator Rauf Araşukovun atası Raul Araşukov da həbs edilib.

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Onlar 30 milyard rubl (774 milyon AZN) dəyərində təbii qazı oğurlamaqda ittiham edilirlər. 

Komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, qaz “Qazprom” şirkətindən oğurlanıb.

12:44

Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukov Federasiya Şurasının iclasında həbs edilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumatlara görə, şuranın iclasında Araşukovun həbsinə icazə verilib. Qeyd edilib ki, iclas bağlı qapılar arxasında keçirilib. 

Mənbə bildirib ki, R.Araşukova qarşı bir neçə ittiham irəli sürülüb. Bunlar arasında iki nəfərin qətli, sağlamlığa zərər vurma və digər ittihamlar da var. 

Əlavə edilib ki, R.Araşukova onu sənədlərin saxtalaşdırılmasında ittiham edən Ruslan Kardanovu ötən il dekabrın 25-də döyməkdə, 2010-cu ildə “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlini sifariş etməkdə ittiham olunur. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri