30 
Yan
2019
13:00
216
24
4703
Virtual karabakh

Nazarbayev nazirlərə: Siz qorxaqsınız

30 Yan, 2019
13:00
4703

Nazarbayev nazirlərə: Siz qorxaqsınız

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə hökumət üzvlərini sərt tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, bu barədə “Tengrinews.kz” məlumat yayıb.

“Maliyyə sistemi  belədir. Bank yaradılır. İnsanlar inanmağa başlayır, gəlib pullarını qoyurlar. “Kvaziqossektor” pulları yatırır, ancaq çox keçmədən öz səhmdarları oradan pulları çıxarıb, oğurlamağa başlayırlar. Çıxıb gedirlər, qaçırlar, biz isə onların dalınca düşürük.

Daniyar (Akişev, Milli Bankın rəhbəri), başınla cavab verirsən. Nəzarət etməlisən ki, səhmdarlar pulları oğurlamasın. Bəs biz burada niyə oturmuşuq? Bu, tam səriştəsizlikdən xəbər verir. İqtisadiyyatımız müflisləşmə hallarından təmizlənməsə, biz normal inkişaf edə bilməyəcəyik. Həm hökumət, həm banklar daima büdrəyəcək”, - deyə Nazarbayev bildirib.

Qazaxıstanlı lider şirkətlərin müflis olmasından ehtiyat edən hökumət üzvlərini “qorxaqlar” adlandırıb.

“Müflisləşmə bazar iqtisadiyyatı ölkələrində geniş yayılmış bir haldır. Siz hökumət üzvləri, nazirlər deyilsiniz, qorxaqsınız. Qərar verməli olanda əl-ayağınızı titrəmə tutur. Bəs onda niyə işləyirsiniz?”, - deyə Nazarbayev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri