30 
Yan
2019
19:58
121
57
9001
Virtual karabakh

Almaniya prezidenti və rəsmilər Efiopiyanı tərk edə bilmir

30 Yan, 2019
19:58
9001

Almaniya prezidenti və rəsmilər Efiopiyanı tərk edə bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya hökumətinin təyyarəsində nasazlıq aşkarlanıb.

Oxu.Az Deutsche Welle nəşrinə istinadən xəbər verir ki, bu üzdən ölkə prezidenti Frank-Valter Ştaynmayer və 55 nəfərdən ibarət nümayəndə heyəti Efiopiyanı tərk edə bilmir.

Bildirilir ki, Airbus A340 təyyarəsinin sıxılmış hava ötürülməsi sistemində nasazlıq tapılıb. Mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar.

Deutsche Welle qeyd edir ki, bu, ilk belə hal deyil. 2014-cü ildə Ştaynmayer Almaniya xarici işlər naziri olarkən, təyyarədə aşkarlanan nasazlıq ucbatından Efiopiyanı tərk edə bilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri