Fev
2019
14:51
89
32
3713
Virtual karabakh

Moskva ABŞ-ın ultimatumuna reaksiya verdi

1 Fev, 2019
14:51
3713

Moskva ABŞ-ın ultimatumuna reaksiya verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov orta və kiçikmənzilli raketlərin ləğv edilməsi  ilə bağlı müqavilə üzrə ABŞ-ın verdiyi ultimatumun müddətinin baş çatmasını şərh edib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Çox güman, fevralın 2-də ABŞ-dan bizə hansısa bildiriş daxil olacaq”, - deyə Peskov bildirib.

Kreml rəsmisi ABŞ hakimiyyətinin konstruktiv dialoqda maraqsız olduğunu dilə gətirib. Onun sözlərinə görə, Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqavilənin “istismardan çıxarılması” ilə bağlı qərar çoxdan verilib.

Peskov Vaşinqtonun yaxın zamanda öz planlarını gerçəkləşdirməyə başlayacağına əmin olduğunu bildirib.

1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.

Qeyd edək ki, Vaşinqtonun bu həftəsonu sözügedən müqavilənin başa çatdığını elan edəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri