Fev
2019
18:16
176
37
5017
Virtual karabakh

Misirdə içində 50 mumiya olan sərdabə tapıldı

3 Fev, 2019
18:16
5017

Misirdə içində 50 mumiya olan sərdabə tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirdə yerli arxeoloqlar içərisində 50 mumiya olan sərdabə tapıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Misirin Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Sərdabədə olan 50 mumiya Ptolomeylər (eramızdan əvvəl IV—I əsrlər) sülaləsinin dövrünə aiddir. Məzarlıq Qahirədən cənubda El-Minya vilayətində tapılıb. Mumiyalar Tuna-əl-Qabal rayonunda ailə nekropolunda doqquz metrlik qəbir otaqlarının içində olublar. 

İnsanların cəsədləri qismən kətana bürünülüb, bəziləri otaqda yerdə, digərləri isə daş və taxta tabutlara yerləşdiriliblər.

Arxeoloqlar 12 mumiyanın uşaqlara aid olduğunu müəyyənləşdiriblər. 

Mütəxəssislərin fikrincə, ölənlər Misirdə orta təbəqədən olublar və vacib vəzifələri tutublar.

Alimlər bunu 2019-cu ilin ən böyük tapıntısı kimi qiymətləndiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri