Fev
2019
10:32
201
12
4003
Virtual karabakh

Türkiyə Rusiyanın sanksiyaları ləğv etməsinə münasibət bildirdi

7 Fev, 2019
10:32
4003

Türkiyə Rusiyanın sanksiyaları ləğv etməsinə münasibət bildirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ankara Rusiya prezidenti Vladimir Putinin müəyyən qrup Türkiyə vətəndaşı üçün vizanı ləğv etməsi qərarını xoş qarşılayır. 

RİA Novosti” xəbər verir ki, bunu Türkiyə XİN mətbuat katibi Hami Aksoy söyləyib.

V.Putinin sərəncamına əsasən, artıq qısamüddətli ezamiyyət üçün Rusiya Federasiyasına gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları və həmçinin, beynəlxalq yükdaşımalar həyata keçirən peşəkar sürücülər vizasız olaraq Rusiyaya daxil ola biləcəklər. Şərt olaraq qarşılıqlılıq prinsipi əsasında Türkiyədə Rusiya vətəndaşlarına analoji qaydaları tətbiq etməlidir.

“Biz Rusiya prezidenti Vladimir Putinin xüsusi pasporta malik olan və beynəlxalq avtodaşımalar həyata keçirən Türkiyə vətəndaşları üçün vizanın ləğv edilməsi haqqındakı bugünkü sərəncamını məmnuniyyətlə qarşılayırıq”, - deyə məlumatda deyilir.

Qeyd olunur ki, bu qərar ötən ilin noyabrında konsulluq məsələləri üzrə Rusiya və Türkiyə arasındakı məsləhətləşmələrin yekunu olaraq qəbul edilib.

“Biz bu qərarın tezliklə qüvvəyə minməsi üçün Rusiya XİN-lə danışıqları davam etdirəcəyik. 2010-cu ildə tətbiq edilmiş Türkiyə vətəndaşları üçün viza rejiminin tamamilə ləğv olunmasını yenidən gözləyirik”, - deyə açıqlamda bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri