7 
Fev
2019
22:21
37
156
9463
yuxarı
Makrondan gözlənilməz qərar
7 Fev, 2019
22:21
9463
37
156
Makrondan gözlənilməz qərar
Fransa prezidenti Emmanuel Makron təhlükəsizlik məsələləri üzrə Münheh konfransında iştirak etməyəcək.
“Suddeutsche Zeitung” nəşrinin məlumatına görə, Makronun Almaniyaya səfərinin ləğvi Berlinlə “Şimal axını-2” layihəsinin reallaşması məsələsindəki fikir ayrılığı ilə bağlı olub.
Bildirilir ki, bu qərar Makronun Almaniya kansleri Angela Merkel ilə planlaşdırılan birgə mətbuat konfransının da avtomatik ləğvinə səbəb olub. Konfrans fevralın 16-da keçirilməli idi.
Nəşr qeyd edir ki, son vaxtlar Fransa-Almaniya münasibətlərində soyuqluq müşahidə olunur.
Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı fevralın 15-17-də keçiriləcək.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək