17 
Fev
2019
17:58
394
92
7435
yuxarı
İrandan İsraillə müharibə xəbərdarlığı
17 Fev, 2019
17:58
7435
394
92
İrandan İsraillə müharibə xəbərdarlığı
İsrail və ABŞ-ın Yaxın Şərqdəki əməlləri müharibəyə doğru aparır.
Lenta-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“Əlbəttə ki, bəzi insanlar müharibə axtarır... İsrail”, - deyə o vurğulayıb.
Zərif İsraili Suriyanı bombaladığına görə beynəlxalq hüququ pozmaqda günahlandırıb və Avropanı hərəkətsizliyə görə ittiham edib.
“Müharibə riski böyükdür. Əgər beynəlxalq hüququn pozulmasına göz yummaqda davam edəcəksinizsə, risk daha böyük olacaq”, - deyə o vurğulayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək