21 
Fev
2019
11:16
137
13
4697
yuxarı
Sərnişin təyyarəsi səs sürətini ötdü
21 Fev, 2019
11:16
4697
137
13
Sərnişin təyyarəsi səs sürətini ötdü
Britaniyanın “Virgin Atlantic” aviaşirkətinə aid sərnişin təyyarəsinin sürəti güclü külək axınının təsiri altında səs sürətini ötüb.
Bu barədə “Washington Post” məlumat yayıb.
İnsident fevralın 18-də baş verib. Sözügedən təyyarə Los-Anceles-London hava reysi ilə uçub.
Avialayner 10,5 min metr yüksəklikdə olarkən reaktiv hava axınına düşüb. Nəticədə, “Boeing”in sürəti 1289 km/saata qədər yüksəlib. Qeyd edək ki, səs sürəti 1234,8 km/saata bərabərdir.
Bu təbii təkanla əlaqədar sərnişin təyyarəsi aeroporta nəzərdə tutulan vaxtdan 48 dəqiqə erkən enib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək