Mar
2019
15:13
84
29
2355
Virtual karabakh

ABŞ anti-raket müqaviləsi üzrə Moskvaya şərtlərini irəli sürdü

5 Mar, 2019
15:13
2355

ABŞ anti-raket müqaviləsi üzrə Moskvaya şərtlərini irəli sürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ müəyyən şərtlərdə Orta və Kiçikmənzilli Raketlərin ləğv edilməsi barədə Müqavilə (OKMRLM) üzrə Rusiya ilə danışıqlar aparmağa hazırdır.

Bu barədə “Rossiya 24” telekanalı ABŞ dövlət departamentinə istinadən məlumat yayıb.

Departamentin bəyanatına görə, danışıqların başlaması üçün Moskva maneəsiz yoxlamaların aparılmasına icazə verməlidir. Belə ki, bu, ABŞ və onun tərəfdaşlarının təhlükəsizliyini təmin etmək üçün vacib şərtdir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya lideri Vladimir Putin ABŞ-ın sənəd üzrə öhdəliklərini yerinə yetirməməsi hallarına son qoyulana qədər sözügedən müqavilənin icrasının dayandırılması barədə fərman imzalayıb.

Daha əvvəl (fevralın 2-də) qarşılıqlı ittihamlardan sonra ABŞ prezidenti Donald Tramp ölkəsinin OKMRLM-dən çıxdığını elan etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri