Mar
2019
01:21
236
40
2787
Virtual karabakh

Rusiya XİN: Türkiyəyə təzyiq etməklə ABŞ silah bazarındakı zəifliyini göstərdi

7 Mar, 2019
01:21
2787

Rusiya XİN: Türkiyəyə təzyiq etməklə ABŞ silah bazarındakı zəifliyini göstərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva  ABŞ və Türkiyə arasında S-400 sistemlərinin tədarükü ilə bağlı yaranmış gərginliyə münasibət bildirib.

“Vaşinqtonun Türkiyənin S-400 sistemlərini almasına mane olmaq cəhdləri ABŞ-ın silah bazarındakı mövqeyinin zəifliyinin təzahürüdür”.

RİA Novosti-nin məlumatına görə, bu fikirləri  Rusiyanın Xarici İşlər Nazirliyinin Nüvə Silahının Yayılmaması və Silahlara Nəzarət İdarəsinin direktoru Vladimir Yermakov səsləndirib.
Onun sözlərinə görə, “Triumf” hava hücumundan müdafiə sistemlərinin tədarükünə dair müqavilə reallaşmaq üzrədir:

“Hesab edirik ki, rus silahları cari ilin sonunadək Türkiyəyə təqdim olunacaq. Biz Vaşinqtonun bununla əlaqədar Ankaraya təzyiq göstərməsindən xəbərdarıq. Bunu ABŞ-ın silah bazarındakı rəqibinin mövqeyini siyasi yolla zəiflətmək istəyi kimi qiymətləndiririk. Bu onu göstərir ki, ABŞ qlobal silah bazarına bizim silahlarımızdan daha keyfiyyətli və müvafiq qiymətə silah çıxara bilmir.Vaşinqtonun əlində qeyri-sağlam təzyiq alətləri qalıb, lakin suveren dövlətlər belə təzyiqlərə boyun əymirlər”.

Vladimir Yermakov  Rusiyanın Türkiyənin bu təzyiqlərə qarşı iradəsini yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub. Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq ediləcəyini bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri