15 
Mar
2019
16:59
45
741
11859
Virtual karabakh

Yeni zelandiyalı terrorçu Ərdoğan və Merkeli öldürməyə çağırdı

15 Mar, 2019
16:59
11859

Yeni zelandiyalı terrorçu Ərdoğan və Merkeli öldürməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni Zelandiya tarixinin ən bədbin günlərindən birinə şahidlik edirik.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern Kraystçörç şəhər məscidlərinə edilən silahlı hücumu bu sözlərlə şərh edib.

Hadisə nəticəsində 49 nəfərin həyatını itirdiyi bildirən Ardern hücumun terror aktı olduğunu təsdiqləyib.

Bu barədə “Kommersant” məlumat yayıb.

Saxlanılan terrorçulardan birini 2011-ci ildə Oslonun mərkəzində və Norveç fəhlə partiyasının gənclər düşərgəsində kütləvi qətliam törətmiş (77 ölü, 151 yaralı) neonasist terrorçu Anders Breyviklə müqayisə edirlər.

“Kraystçörç” terrorçusu 28 yaşlı avstraliyalı Brenton Tarrantdır. Terror hücumunu həyata keçirməzdən qabaq öz “Twitter” səhifəsində 37 səhifəlik manifest yayıb. Həmin yazılarda öz ultra-sağçı baxışlarını izah edib. Norveçli Breyvik də terror aktı ərəfəsində analoji addımı atmışdı, lakin onun manifesti 1518 səhifədən ibarət idi.

Avstraliyalı atıcı B.Tarrant manifestdə onunla həmfikir olanları Almaniya kansleri Angela Merkel, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, London meri Sadiq Xanın həyatına qəsd etməyə çağırıb.  

O, yazıda kütləvi miqrasiyanın və Avropa ailələrində doğum hallarının aşağı düşməsinin “zərərləri” barədə fikir yürüdür. Özü də məscidə edəcəyi hücumun terror aktı olduğunu etiraf edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada müsəlmanlara qarşı törədilən terror aktına münasibət bildirən dünya liderlərindən olub.

Ərdoğan hücumu qəti şəkildə pisləyərək, bunu “irqçilik və islamafobiyasının genişlənməsinin baris nümunəsi olan iyrənc addım kimi” şərh edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri