21 
Mar
2019
12:22
262
53
9863
Virtual karabakh

Qazaxıstanda paytaxtın yeni adına görə kütləvi dava

21 Mar, 2019
12:22
9863

Qazaxıstanda paytaxtın yeni adına görə kütləvi dava

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan paytaxtının adının dəyişdirilməsinin tərəfdarları və əleyhdarları arasında Astana meriyasının binası qarşısında kütləvi dava düşüb.  Asayış keşikçiləri aksiyaya müdaxilə edib, hər iki tərəfdən saxlanılanlar var.

Bu haqda “RİA Novosti”nin Qazaxıstandakı müxbiri məlumat verir.

Rəsmi rəqəmlər açıqlanmasa da, insidentdən sonra 20-ə yaxın dava iştirakçısının saxlanıldığı bildirilir.

İnsident Novruz şənliyinin keçirildiyi meydanda qeydə alınıb.

Bundan əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində paytaxta Nursultan adının qoyulmasından narazı olan bir qrup ictimai fəal, insanları meriya binası qarşısına toplaşaraq, dinc etiraz aksiyası keçirməyə çağırmışdı. Bundan başqa internetdə “Nursultan” əleyhdarları onlayn petisiya başladıb. Elektron sənədi artıq 32 mindən çox insan imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri