25 
Mar
2019
01:06
17
101
5338
Virtual karabakh

Pasiyentlər beyin xərçənginin ilk simptomlarından danışıb

25 Mar, 2019
01:06
5338

Pasiyentlər beyin xərçənginin ilk simptomlarından danışıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyin xərçənginin ilkin simptomları məlum olub.

Beyin xərçəngindən əziyyət çəkən xəstələr başlanğıcda ciddi qəbul etmədikləri simptomlar barədə danışıblar.

Londonun Kral kollecinin tədqiqatlarının nəticələri “PLOS One” jurnalında dərc edilib.

Xüsusi olaraq pasiyentlər yaddaş problemləri, müvazinətin itirilməsi, qıcolma, görmənin pisləşməsi, nitqin pozğunluğu, özünü mütəmadi yuxulu hiss etmək kimi əlamətlər haqqında danışıblar. 

Bir qayda olaraq, xəstələr bu simptomları orqanizmin təbii qocalması ilə əlaqələndirdikləri üçün həkimə müraciət etməyə tələsməyiblər. 

“Mən qab yuyan zaman birdən çox yavaş-yavaş aşağı əyilməyə başladığımı hiss etdim. Maraqlıdı odur ki, sən heç düşnmürsən ki, həkimə müraciət etmək lazımdır. Sən, sadəcə, bu barədə düşünmürsən, sənə elə gəlir ki, yorğunluqdur, keçəcək”, - deyə 61-70 yaş arası müsahib bildirib.

Bildirilir ki, tədqiqat iştirakçılarının əksəriyyəti həkimə yalnız insult şübhələri yarandıqdan sonra müraciət ediblər. Həmçinin, bəzilərinə qohumları ilə xəstəxanaya müraciət etmələri tövsiyə edilib.

Qeyd edilir ki, beyin xərçəngi doğuma qədər beyinin normal parçası hesab edilən hüceyrələrin yarımkürələrdə anomal bölünməsi, limfa hüceyrələrinin, qan damarlarının, beyin sinirləri, kəllə sümükləri, beyin qişalarının, hipofiz və epifizin qeyri-normal parçalanması səbəbindən yaranır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri