25 
Mar
2019
14:31
37
1067
5443
Virtual karabakh

ABŞ-da məscidə od vuruldu

25 Mar, 2019
14:31
5443

ABŞ-da məscidə od vuruldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında məscidə hücum olub. 

Euronews.com-un məlumatına görə, hadisə San Dieqo şəhərindəki Eskondido İslam Mərkəzində baş verib. 

Naməlum şəxslər məscidin divarına od vurub. Hadisə yerinə dərhal polis və yanğınsöndürmə briqadaları cəlb edilib. 

Araşdırmaların aparılması səbəbindən məsciddə sübh namazı təxirə salınıb.

Bundan başqa, polis məscid yaxınlığındakı yolda Yeni Zelandiyadakı iki məscidə hücumla əlaqədar yazı aşkar ediblər. 

Xatırladaq ki, Yeni Zelandiyadakı hücumlar zamanı 50 nəfər həyatını itirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri