29 
Mar
2019
13:40
26
219
9095
Virtual karabakh

Xəzərdə neft yatağında partlayış xəbəri “feyk” çıxdı - VİDEO

29 Mar, 2019
13:40
9095

Xəzərdə neft yatağında partlayış xəbəri “feyk” çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan KİV-də və sosial şəbəkələrdə Xəzər dənizində neft yatağında partlayışın baş verməsi ilə bağlı məlumatlar yayılıb.

Hadisənin görüntüsünü Oxu.Az-a göndəriblər.

Bundan başqa redaksiyamıza guya partlayışla əlaqədar sosial şəbəkələrdə yayılan səsyazıları daxil olub. 

Həmin səsyazılarında iddia olunur ki, Xəzər dənizində neft yatağında partlayış baş verib.

İnAktau nəşrinin məlumatına görə, Aktau bölgəsinin fövqəladə hallar xidmətinin rəhbərliyi yayılan informasiyanın həqiqətə uyğun olmadığını və Xəzər dənizində heç bir insidentin qeydə alınmadığını açıqlayıb.

“NCOC” neft şirkəti də yayılan audioyazıların dezinformasiya olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri