31 
Mar
2019
09:51
219
70
6606
Virtual karabakh

Səudiyyəli hakerlər milyarderin telefonundan intim şəkilləri oğurlayıblar

31 Mar, 2019
09:51
6606

Səudiyyəli hakerlər milyarderin telefonundan intim şəkilləri oğurlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanına işləyən hakerlər “Amazon” şirkətinin sahibi Ceff Bezosun telefonundan şəxsi məlumatları oğurlayıblar.

Bu barədə özəl məsləhətçi Qevin de Bekerin Daily Beast portalında yer alan araşdırmasında deyilir.

Beker iddia edir ki, Səudiyyə Ərəbistanı hökuməti Bezosa məxsus The Washington Post qəzetində jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı silsilə materiallar çap olunduqdan sonra milyarderdən qisas almaq qərarına gəlib.  

Qeyd edək ki, American Media şirkətinə məxsus National Enquirer nəşri Bezosun jurnalist xanım Loren Sançeslə intim şəkilləri yayıb. Bildirilir ki, sözügedən nəşr bu şəkilləri Loren Sançesin qardaşından 200 min dollara alıb. American Media şirkətinin Bezosun telefonuna hakerlərin müdaxilə etməsindən məlumatlı olub-olmaması bilinmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri