Apr
2019
02:00
274
37
5664
Virtual karabakh

Tramp Ərdoğana söz verdi: Silah tədarükü böhranı həll olunacaq

4 Apr, 2019
02:00
5664

Tramp Ərdoğana söz verdi: Silah tədarükü böhranı həll olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana iki ölkə arasında  “F-35” qırıcı təyyarələri ilə bağlı yaranmış  böhranı həll etməyə söz verib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu məlumat yayıb:

“Tramp özü etiraf etdi ki, ABŞ “Patriot” HHM sistemlərini Türkiyəyə satmamaqla səhv edib. Və o, prezident Ərdoğana söz verdi ki, bu məsələnin həllinə çalışacaq. Tramp  “F-35” qırıcı təyyarələrinin, həm də “S-400” silahlarının tədarükü ilə bağlı yaranan böhranın həllinə söz verdi”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyanın yüksək texnologiyalı silahlarına əldə etmək istəyinə qarşı çıxaraq rəsmi Ankaraya qarşı bir sıra sanksiyalar tətbiq ediləcəyini bildirmişdi.

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu , ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq Rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri