Apr
2019
13:15
27
217
1742
Virtual karabakh

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

6 Apr, 2019
13:15
1742

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Moskvada keçiriləcək.

Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Moskva-Bakı” nəşrinə verdiyi müsahibədə bildirib.

“Ən yaxın zamanda (bunu artıq razılaşdırmışıq) Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər səviyyəsində görüş elan olunacaq. Düşünürəm ki, Sergey Viktoroviç (Lavrov –red.) də bu görüşdə iştirak edəcək”, - deyə E.Məmmədyarov açıqlamasında bildirib.

Azərbaycanlı diplomat Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olmağın vacibliyini vurğulayıb.

E.Məmmədyarovun sözlərinə görə, cümə günü rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi (MDB xarici işlər nazirləri şurasının iclasından sonra - red.) görüşdə həm ikitərəfli münasibətləri, həm də Dağlıq Qarabağ problemini müzakirə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri