Apr
2019
09:15
20
162
3053
Virtual karabakh

Liviyada qızğın döyüşlər: ölənlər arasında QXK həkimi də var - VİDEO

8 Apr, 2019
09:15
3053

Liviyada qızğın döyüşlər: ölənlər arasında QXK həkimi də var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Liviyada Tripoli yaxınlığında gedən döyüşlərdə 21 nəfər həyatını itirib, 27 nəfər yaralanıb.

BBC-nin məlumatına görə, bu haqda BMT-nin dəstəklədiyi mərkəzi hökumət məlumat yayıb.

General Xəlifə Həftarın başçılıq etdiyi qoşunlar Liviya paytaxtına yaxınlaşıb.

Baş nazir Fəyiz Əl Sərrac generalı dövlət çevrilişinə cəhddə ittiham edib, üsyançıların məhv ediləcəyini bildirib.

Ölənlər arasında Qırmızı Xaç Komitəsinin həkiminin də olduğu bildirilir. General Həftarın qoşunlarının toqquşmalarda 14 itki verdiyi bildirilir.

BMT həftəsonu ölən və yaralananların olduğunu açıqlayıb, həmçinin, mülki əhalinin təxliyyə olunması üçün iki saatlıq atəşkəslə bağlı çağırış edib, lakin döyüşlər davam edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri