Apr
2019
11:56
208
92
5766
Virtual karabakh

MSK Ərdoğanın tələbini qəbul etmədi

9 Apr, 2019
11:56
5766

MSK Ərdoğanın tələbini qəbul etmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Mərkəzi Seçki Komissiyası (MSK) keçirilən bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ilə bağlı yekun qərarını açıqlayıb. 

Ntv.com.tr portalının məlumatına görə, MSK hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bütün səslərin yenidən hesablanması tələbini qəbul etməyib. 

Bununla bağlı məlumat verən AKP-nin MSK üzrə nümayəndəsi Rəcəb Özəl bildirib ki, qərara əsasən, İstanbuldakı 32 rayondan 21-dəki seçki məntəqələrində olan 51 qutudakı səslər yenidən hesablanacaq. 

O bildirib ki, hazırda səs fərqi 14 min 604-dür. 

Qeyd edilib ki, ümumilikdə, 51 qutuda 17-18 min səs var.

Xatırladaq ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində yayılan məlumatlara görə, Ədalət və İnkişaf Partiyasının İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım 4 milyon 130 min 49 səs (48,48 faiz), Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu isə 4 milyon 157 min 237 səs (48,80) toplayıb.

AKP nəticələrdən şikayət edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı seçkinin saxtalaşdırıldığını açıqlayıb. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri