11 
Apr
2019
13:51
39
145
4468
Virtual karabakh

Cullian Assanc həbs olundu - VİDEO

11 Apr, 2019
13:51
4468

Cullian Assanc həbs olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Wikileaks” saytının yaradıcısı Cullian Assanc Londonda polis tərəfindən saxlanılıb. 

Bu barədə “Reuters” məlumat yayıb.

Yeddi il ərzində ona sığınacaq vermiş Ekvador səfirliyinin jurnalist və ictimai fəalı onun səfirlikdən kənarlaşdırdığı bildirilir. O, səfirlik hüdudlarını tərk edən kimi polis tərəfindən qandallanıb.

Assancın saxlanılmasına əsas onun 2012-ci ildə girov müqabilində azad edilmə şərtlərini pozması olub.

O, İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. 2017-ci ildə istintaqa xitam verilməsə də, Assanc onun Stokholma göndəriləcəyindən, oradan isə ABŞ-a ekstradisiya olunacağından çəkinir.

Belə ki, saytda çalışdığı müddətdə Pentaqonun məxfi sənədlərini yaydığına görə ona ölüm cəzası da verilə bilər.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri