12 
Apr
2019
12:23
113
24
5780
Virtual karabakh

Poroşenko və Zelenski canlı yayımda söz güləşdirdi - VİDEO

12 Apr, 2019
12:23
5780

Poroşenko və Zelenski canlı yayımda söz güləşdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1+1” telekanalının “Pravo na vlasty” proqramının efirində Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko və dövlət başçısı postuna namizəd olan Vladimir Zelenski arasında mübahisə düşüb.

Hadisənin görüntüsü proqramın “Facebook” səhifəsində dərc olunub.

Namizədlər arasında telefon rabitəsi qurulub. P.Poroşenko V.Zelenskini studiyada debata dəvət edib. Sonuncu bunun mümkün olmadığını, Fransa prezidenti Emmanuel Makronla görüşü ilə əlaqədar Parisdə olduğunu söyləyib.

Zelenski əmin edib ki, P.Poroşenko onun harada olduğunu, əslində, çox yaxşı bilir. Ona görə Ukrayna Təhlükəsizlik Xidmətinin avtomobilləri aeroporta gedən zaman onu yol boyu müşayiət edib.  

Bundan başqa, Zelenski debatın razılaşdırıldığı kimi, aprelin 19-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcəyini xatırladıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri