19 
Apr
2019
12:55
273
91
6748
Virtual karabakh

Fransa tankları Rusiya sərhədinə doğru yola düşdü

19 Apr, 2019
12:55
6748

Fransa tankları Rusiya sərhədinə doğru yola düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Estoniyaya üç yüz nəfərə yaxın hərbçidən ibarət şəxsi heyət, o cümlədən, dörd tank və iyirmi piyada döyüş texnikası göndərib.

Bu barədə FAN Fransanın Tallindəki səfirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Fransanın Rusiya sərhədi yaxınlığına hərbçi və hərbi texnika göndərməsi, NATO-nun Baltikyanı bölgədə hərbi iştirakının gücləndirilməsi ilə bağlı missiyasının bir hissəsidir.

Şəxsi heyət və hərbi texnika ölkəyə aprelin 23-də çatacaq və Rusiya sərhədindən 140 km aralıda yerləşən Tapa şəhərinə dislokasiya olunacaq. Səfirliyin bildirdiyinə görə, hərbçilər orada 2019-cu ilin avqust ayına kimi qalacaq.

Hərbi kontingentə Fransa ordusunun ikinci briqadasının hərbi qulluqçuları, həmçinin, Xarici legionun muzdlu əsgərləri daxildir. Hərbi texnika ölkəyə dəmiryolu xətti ilə çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri