19 
Apr
2019
23:15
245
37
6854
Virtual karabakh

Əkizlər 97 gün fərqlə doğuldular

Almaniyada tibb dünyası üçün maraqlı bir hadisə baş verib. Köln şəhərində yaşayan qadın əkizlərini 97 gün fərqlə dünyaya gətirib.

Das Bild-in məlumatına görə, ötən ilin noyabr ayında əkizlərə hamilə olan qadının doğum sancıları başlayıb. Qeysəriyyə əməliyyatı ilə 26 həftəlik olan körpələrdən biri ana bətnindən götürülüb. Doğularkən onun çəkisi 907 qram olub. Ana bətnindəki əkiz bacıya isə həkimlər toxunmayıblar. 

Uşaq ikinci plasenta sayəsində sağ qalıb. Bu ilin fevral ayında o normal doğuşla dünyaya gəlib. Beləcə əkizlərin doğulması arasında 97 gün fərq yaranıb.

Həkimlərin dediyinə görə, belə hadisəyə nadir halda rast gəlmək olur. Bu günə qədər əkizlərin doğulması arasındakı maksimal fərq 87 gün təşkil etmişdir.

İndi hər iki qızın normal şəkildə inkişaf etdiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri