21 
Apr
2019
00:33
31
172
4905
Virtual karabakh

Pompeodan Poroşenko və Zelenskiyə gözlənilməz zəng

21 Apr, 2019
00:33
4905

Pompeodan Poroşenko və Zelenskiyə gözlənilməz zəng

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibi Mayk Pompeo Ukrayna prezidenti postuna namizəd olan şəxslərlə telefonla danışıb. 

Bu barədə Twitter-də ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Uolker yazıb. 

O bildirib ki, Pompeo Pyotr PoroşenkoVladimir Zelenski ilə telefon söhbəti zamanı bir daha ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. 

ABŞ dövlət katibi qeyd edib ki, ölkəsi Ukrayna xalqının prezident seçəcəyi şəxslə işləyəcək. 

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci tutu keçiriləcək. Prezident kreslosu uğrunda mübarizə Pyotr Poroşenko ilə Vladimir Zelenski arasında gedəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri